Bakı.Trend:
ABŞ Ticarət Palatası Azərbaycan və ABŞ-dən olan hökumət və özəl sektor nümayəndələrinin iştirakı ilə tədbirlər keçirməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən brifinq zamanı ABŞ Ticarət Palatasının üzvlərlə beynəlxalq əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.
Onun sözlərinə görə, burada müəyyən sahələrin inkişafına imkan verən çoxsaylı rəqabətcil amillər mövcuddur.
“Bu, biliklərə əsaslanan iqtisadiyyata da aiddir. Dövlət qurumları və ya təhsil müəssisələri ilə konkret tərəfdaşlıqlara gəldikdə, hazırda misal gətirə biləcəyimiz nümunələr yoxdur, lakin ümumilikdə şirkətlər fəaliyyət göstərərkən tez-tez bu cür institutlarla tərəfdaşlığa girirlər.
Biz mübadilənin ikitərəfli olmasını istəyirik. Məsələn, ümid edirik ki, Amerika şirkətləri ilə görüşlər üçün Vaşinqtona və ya Nyu-Yorka səfər edərkən Azərbaycan nümayəndələrini qəbul etmək şərəfinə nail olacağıq. Həmçinin bizim şəbəkəmiz mövcuddur və əvvəldə də qeyd etdiyim kimi, əgər söhbət texnologiya sektorundan gedirsə, startapların və digər texnoloji yönümlü şirkətlərin təmsil olunduğu San-Fransiskoda tədbirlər keçirə bilərik. Beləliklə, bəli, bu cür tərəfdaşlıqların inkişafına töhfə vermək məqsədilə ABŞ-nin müxtəlif regionlarında hökumət və özəl sektorun iştirakı ilə tədbirlər planlaşdırırıq”, – deyə o əlavə edib.
