...

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin tranzit nəqliyyatı ilə bağlı koordinasiya şurası keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Bakıda çərşənbə günü İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin tranzit nəqliyyatı ilə bağlı koordinasiya şurasının ikinci iclası işə başlayıb. Görüş zamanı koordinasiya şurasının sədri seçilib. Sədr qismində Azərbaycan Nəqliyyat Nazirliyinin iqtisadiyyat şöbəsinin rəhbəri Sədrəddin Məmmədov seçilib.

Tərəflər İslam İnkişaf Bankı və Asiya İnkişaf Bankının maliyyə dəstəyilə İqtisadi Əməkdaşlıq Təşkilatının fondunun yaradılması və İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat tranziti ilə bağlı müqavilə üzrə regional proqramını müzakirə edəcəklər.

Şura dəniz nəqliyyatı, gömrük məsələlərini müzakirə edəcək. Görüşdə dəmir yol komitəsinin birinci hesabatı təqdim olunacaq, həmçinin "Üçüncü tərəflər üçün avtomobil nəqliyyat vasitələrinin məsuliyyətinin müvəqqəti olaraq icbari sığortalanması sistemi" layihəsinin təsdiqi planlaşdırılır. Şuranın hüquq komitəsinin hesabatının dinlənilməsi də nəzərdə tutulur. Şuranın iclası sentyabrın 26-na qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti