Azərbaycan, Bakı/ Trend / Bank Respublika-nın aktivləri 2007-ci ilin əvvəlindən etibarən 92,6% artaraq, 1 oktyabr 2007-ci il tarixinə 214.4 mln. manat olub. Bankın kredit portfelinin həcmi isə, bu ilin 9 ayı ərzində 91,9% artaraq, 146,0 mln. manata çatıb. Bu barədə bankdan məlumat verilib.
Müştərilərin depozitləri hesabat dövründə 2 dəfədən çox artıb və 105,8 mln. manatı ötüb. Əhalinin əmanətlərinin həcmi 82% artaraq, bu ilin 1 oktyabr tarixinə 48,5 mln. manat olub. Qeyd edilən dövr ərzində Bank Respublika-nın məcmu kapitalı da 65,7% artaraq, 20,4 mln. manata çatıb.
Bank Respublika-nın bu ilin yanvar-sentyabr ayları ərzində gəlirləri 20,7 mln. manat, xərcləri isə, 16,5 mln. manat olub. Bu dövr ərzində Bankın balans mənfəəti 4,2 mln. manat olub.