...

Beynəlxalq İnvestisiya Bankı Azərbaycan bankında böyük iştirak payı əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2007 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / müxbir A.Bədəlova/ Beynəlxalq İnvestisiya Bankının məlumatında bildirilir ki, Bəhreynə əsaslanan bank Azərbaycanın sürətlə inkişaf etməkdə olan banklarından biri olan "Əmrahbank"a sərmayə qoymaq niyyətindədir.

"Əmrahbank"ın 49%-nin əldə olunmasına dair razılıq əldə olunub. Beynəlxalq İnvestisiya Bankı hesab edir ki, yatırılmış sərmayələrin qaytarılması üzər əmsal illlik 21% təşkil edəcək.

Beynəlxalq İnvestisiya Bankı və "Əmrahbank" bankı yüksək keyfiyyətli maliyyə məhsulları və xidmətləri təklif edən islam bankına çevirmək üçün əməkdaşlıq edəcəklər.

"Əmrahbank" Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir və ölkə üzrə 20 filial və 250-dən çox əməkdaşa malikdir.

Xəbər lenti

Xəbər lenti