...

Azərbaycanda əmək resurslarının keyfiyyəti ilə bağlı problem mövcuddur - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2007 14:29 (UTC +04:00)
Azərbaycanda əmək resurslarının keyfiyyəti ilə bağlı problem mövcuddur - nazir

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazir Fizuli Ələkbərovun cümə axşamı Bakıda keçirilən əmək yarmarkası zamanı verdiyi məlumata görə, Azərbaycanda işsizliklə deyil, əmək resurslarının keyfiyyəti ilə bağlı problemlər mövcuddur.

"Müntəzəm olaraq ölkədə geniş sayda əmək vakansiyalarının təklif olunduğu əmək yarmarkaları keçirilir, lakin ixtisaslaşmış kadrların olmaması səbəbindən çoxlarında (müəssisə) boş iş yerləri qalır" - deyə nazir bildirib.

Cümə axşamı Bakıda sayca 57-ci əmək yarmarkası keçirilir ki, nazirin sözlərinə görə, əmək yarmarkasında 7 mindən çox iş yeri təklif olunub.

Nazirin sözlərinə görə, əgər bu gün yarmarkada heç olmasa 2 min nəfər işlə təmin olunarsa, bunu böyük nailiyyət hesab etmək olar. Keçirilən 56 yarmarka nəticəsində 6 minə yaxın insan işlə təmin olunub.

"Hökumət əmək resurslarının keyfiyyətinin təmin edilməsi üçün bir çox tədbirlər görüb ki, bunlara peşə-texniki təhsilində islahatlar üzrə dövlət proqramının qəbul edilməsi də daxildir" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti