...

Azərbaycan və Misir iqtisadi əməkdaşlıq haqqında yeni razılaşma layihələri üzərində işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2007 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Çərşənbə axşamı Bakıda Azərbaycan və Misir hökuməti ekspertləri iki ölkə arasında əməkdaşlığa dair yeni razılaşma layihələri üzərində işə başlayıblar. Sənəd iki ölkənin ticarət-iqtisadiyyat əməkdaşlığının müxtəlif sahələrini əhatə edir. Bu barədə Misirin Azərbaycandakı səfirliyindən məlumat veriblər. Misirin Azərbaycandakı səfiri Yusif Əhməd əl-Şarkavinin bir qədər əvvəl Trend ə verdiyi məlumata görə, gömrük, bank sektoru və başqa sahələrdə əməkdaşlıq haqqında layihələr hazırlanıb. Sənədlərin Azərbaycan və Misir arasında iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın üçüncü iclası çərçivəsində imzalanması gözlənilir. Komissiyanın iclası dekabrın 27-dən 30-dək Bakıda keçiriləcək. İclasda iştirak etmək üçün Misirin beynəlxalq əməkdaşlıq naziri, hökumətlərarası komissiyanın həmsədri Faiz Əbu əl-Naqanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana gələcək. Nümayəndə heyətinin Azərbaycanda bir neçə görüşünün keçirilməsi nəzərdə tutulub. Nümayəndə heyətinin tərkibinə Misirin müxtəlif nazirliklərinin və dövlət strukturlarının rəsmi nümayəndələri daxil olacaq. Azərbaycan tərəfdən hökumətlərarası komissiyanın həmsədri iqtisadi inkişaf naziri Heydər Babayevdir. Bu günlərdə Bakıda Azərbaycan-Misir biznes-forumu da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti