...

Deloitte Azərbaycanın maliyə bazarını Rusiyanın sekyuterizasiya təcrübəsi ilə tanış edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2008 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral/ Trend Bakı Fond Birjası və Deloitte şirkətinin birgə təşkilatçılığı ilə yerli banklar və broker şirkətləri üçün "Sekyuritizasiya" mövzusunda seminar keçirilib. Bu barədə birjanın cümə günü yaydığı məlumatında deyilir. Seminarda ümumilikdə 40-a qədər yerli maliyyə bazarı iştirakçılarının nümayəndələri iştirak edib.

Seminarın gedişində Rusiya bank sistemində sekyuritizasiya sahəsidə təcrübəsi barədə ətraflı məlumat verilib, həmçinin, bu prosesin nəzəriyyəsi və təcrübədə tətbiqindən geniş danışılıb.

Bu mövzu iştirakçılarda geniş maraq doğurub.

Bakı Fond Birjası və Deloitte şirkəti birgə tədbirlərin təşkil edilməsi və keçirilməsi sahəsində səmərəli əməkdaşlıq edirlər. Sözügedən seminar Bakı Fond Birjası və "Deloitte" şirkətinin ötən il Azərbaycanda İPO mövzusu üzrə təşkil etdiyi konfransdan sonra ikinci belə tədbirdir.

Xəbər lenti

Xəbər lenti