...

Azərbaycanın Maliyyə Nazirliyi sığorta şirkətlərinə öhdəliklərini xatırladıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2008 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / " / Azərbaycanın Maliyyə Nazirliyi sığorta şirkətlərinin ödəmələrdən əsassız imtina etmələri haqda idarəyə müraciət edən fiziki və hüquqi şəxslərin şikayətlərini təmin edib, - Maliyyə Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Maliyyə Nazirliynin işə qarışmasından sonra 16 sığortaçıya 77,435 min manat dəyərində ödəmələr edilib.

2007-ci ildə Maliyyə Nazirliyinin yoxlamalarının yekununa əsasən? sığorta şirkətləri sığortaçılara 11,661 min manat ödəyib. 2007-ci ildə Maliyyə Nazirliyinin təmin etdiyi ödəmələrin ümumi həcmi 89,096 min manat təşkil edib.

Azərbaycanda 29 sığorta şirkəti fəaliyyət göstərir. 2007-ci ildə şirkətlərin ümumi ödəmələri 35,62 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti