...

Bakı Banklararası Valyuta Birjası fevralın 26 -na olan ticarət sessiyalarının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2008 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 26 fevral tarixdə USD/AZN ortaölçülü məzənnəsi, hər ABŞ dollarına görə 0,8434 AZN təşkil edib. Bu barədə birjanın çərşənbə axşamı yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8437 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 13 454 025 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8434 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə, "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $ 15 952 000 ABŞ dolları və ya 13 454 025 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 2 278 857 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,21 faiz, ABŞ dolları üzrə isə, illik 15,79 faiz təşkil edib.

Gün ərzində banklar arasında həcmi 3 500 000 AZN müddəti 34 gün təşkil edən əqd qeydə alınıb. Banklararası kreditlər üzrə faiz dərəcəsi illik 15,00 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti