...

Mercedes-Benz Azərbaycanın təkrar avtomobil bazarının təqribən yarısını tutur

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2008 17:52 (UTC +04:00)
Mercedes-Benz Azərbaycanın təkrar avtomobil bazarının təqribən yarısını tutur

Azərbaycan, Bakı, 11 mart/ " müxbir Ü.İsmayılova/ Hər ay Azərbaycanda 22-25 min avtomobil satılır. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin çərşənbə axşamı yayılan məlumatında deyilir. Xarici markalı maşınlara təlabat ölkədə avtomobil satışı ilə məşğul olan şirkətlərin sayının artmasına gətirib.

"3 il əvvəl Azərbaycanda 4-5 iri avtomobil şirkətinin nümayəndəliyi fəaliyyət göstərirdisə, bu gün artıq nümayəndəliklərin sayı 20-yə, satış mərkəzlərinin sayı isə, 80-ə çatıb", - təşkilatın məlumatında deyilir.

İlkin bazarda avtomobillərin orta qiyməti $250 minə çatır, "təkrar bazarda isə fəallıq ilkin bazardan yüksəkdir". Fevralda bazarın analizinin yekununa görə, ən çox alınan avtomobillərin dəyəri $17 - $24 min arasında olub. Təkrar bazarda Mercedes-Benz markalı avtomobillərin payı 45, BMW - 12, Opel markalı avtomobillərin payı isə, 8,5 faizdir. Azərbaycanın təkrar bazarında alman avtomobillərinin ümumi payı 65 faiz təşkil edir. Toyota şirkəti bazarda 5 faiz pay göstəricisi ilə dördüncü, Nissan 4,4 faizlə beşinci, Hyundai 4 faizlə altıncı yeri tutur.

Ölkənin avtomobil bazarı, həcminə görə, hər ay beş minədək obyektin satıldığı daşınmaz əmlak bazarından sonra ikincidir.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti