...

Azərbaycanda "quş qripi"nin xəbərdarlıq edilməsi üzrə monitorinq başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2008 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir S.Babayeva / Bazar ertəsi Azərbaycanda "quş qripi"nin xəbərdarlıq edilməsi üzrə 2008-ci ilin üçüncü monitorinqi başlayıb. Bu haqda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi üzrə Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Monitorinq bir həftə davam edəcək. Nümunə üçün toplanmış ev və çöl quşlarının laboratoriya müayinəsi də o qədər vaxt aparacaq. Monitorinqin nəticələri aprelin 11-də açıqlanacaq. Monitorinq Abşeron və ona yaxın əraziləri, Dəvəçi, Salyan, Ağcabədi, Lənkəran rayonlarını, Xəzər dənizinin sahilboyu zolağını əhatə edəcək və Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ovçular Cəmiyyətinin mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən aparılacaq.

Keçirilən iki monitorinq ölkə ərazisində virusa yoluxma faktları aşkar etməyib.

2007-ci ildə Dövlət Baytarlıq Xidməti 12 monitorinq keçirib, ev və çöl quşlarının 8 minə qədər nümunəsi müayinə olunub. Onlardan heç birində virus daşıyıcısı aşkar edilməyib.

Dövlət Xidməti ölkə ərazisində "quş qripi" ilə bağlı epizootik vəziyyəti sabit olaraq qiymətləndirir.

Azərbaycanda çöl quşlarının ovlanması, istifadə edilməsi və satışının qadağan olunması ilə bağlı 2005-ci ilin payızında təbiq edilən qadağa qüvvədə qalır. Bütün sərhəd baytarlıq məntəqələri ölkə ərazisində "quş qripi"nin yayılmasının qarşısını almaq üçün gücləndirilmiş iş rejimində işləyir.

Dövlət Baytralıq Xidməti ev quşlarını qapalı yerlərdə saxlamağı, çox hallarda xəstəliyin daşıyıcısı olan çöl quşları ilə təmasın qarşısını almağı tövsiy? edir.

Xəbər lenti

Xəbər lenti