...

Türkiyənin "Aral Group" şirkəti Bakıda yeni "Roseville" yaşayış kompleksini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2008 13:57 (UTC +04:00)
Türkiyənin "Aral Group" şirkəti Bakıda yeni "Roseville" yaşayış kompleksini təqdim edib

Azərbaycan, Bakı, 29 aprel / " / Türkiyənin iri "Aral Group" tikinti şirkəti Azərbaycanda ilk dəfə olaraq potensial müştərilərə Bakıda təmirli və mənzil mebeli ilə təchiz edilmiş "Roseville" yaşayış kompleksini təqdim edir. Bu barədə çərşənbə axşamı layihənin təqdimat mərasimində şirkətin Baş direktoru Tamer Pektaş bildirib.

"Kompleksin tikintisinə 2007-ci il may ayından başlanılıb, tikinti işlərinin 2009-cu ilin ikinci yarısına qədər başa çatdırılması planlaşdırılır", - deyə Pektaş bildirib.

"Roseville" kompleksi hər biri 90-dan 454 kvadrat metrə qədər sahəsi olan 272 mənzildən ibarətdir. Mənzillər Avropa, Almaniya və Türkiyə istehsalı olan mətbəxt və vanna otagı mebellərlə təchiz ediləcək.

"Roseville" 18 binadan ibarətdir. Kompleks ərazisində tikilən sosial obyektlərin (fitness-klub, sauna, massaj kabineti, istirahət otağı, uşaqlar üçün otaq) sahəsi 1066 kvadrat metr, kompleks hovuzunun sahəsi isə 320 kvadrat metr təşkil edir.

Pektaşın sözlərinə görə, binalardakı mənzillər yerli banklar vasitəsi ilə bir ildən beş ilə qədər kredit şərtləri ilə satılacaq. Artıq sabahdan şirkət "Roseville" kompleksində mənzil satışına başlamağa hazırdır.

Bu təmtəraqlı kompleksdə mənzillərin orta qiyməti 450 min - 500 min dollardan başlayır.

Pektaş bildirib ki, tikinti zamanı Avropa standartlarına uyğun materiallardan istifadə olunub. "Roseville" kompleksinin tikintisinə azərbaycanlı və türkiyəli memarlar cəlb edilib.

"Roseville" yaşayış kompleksi doqquz ballıq zəlzələyə davamlıdır", - deyə Pektaş vurğulayıb.

Xəbər lenti

Xəbər lenti