...

BP 2008-ci ildə Azərbaycanda iri neft yatağının işlənməsi üzrə kapital xərclərini azaltmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2008 17:47 (UTC +04:00)
BP 2008-ci ildə Azərbaycanda iri neft yatağının işlənməsi üzrə kapital xərclərini azaltmağı planlaşdırır

Azərbaycan, Bakı, 29 aprel/ Trend , müxbir S.Əliyev/ 2007-ci ildə BP-nin Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz neft layihəsi üzrə istismar xərcləri $445 mln., kapital xərcləri isə $2822 mln. təşkil edib. Bu barədə çərşənbə axşamı mətubat konfransında, BP Azerbaijan şirkətinin prezidenti Bill Şreder məlumat verib. 2008-ci ildə "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə istismar xərclərinin $611 mln., kapital xərclərinin isə $1926 mln. təşkil edəcəyi gözlənilir.

BP Azerbaijan ötən il "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri" və "Şərqi Azəri"dəki platformalardan 244 mln. barel neft (təqribən 33 mln. ton və sutkada orta hesabla 668 min barel) hasil edib. Bu həcmdən orta hesabla 129 min barel "Çıraq", 244 min barel "Mərkəzi Azəri", 171 min barel "Qərbi Azəri", 124 min barel isə "Şərqi Azəri"dəki platformalardan hasil edilib.

"Çıraq" platformasında 21 quyu istismardadır (14 neft hasilatı quyusu və 7 suvurma quyusu) və hazırda sutkada təqribən 125 min barel neft hasil edilir.

"Mərkəzi Azəri"də (MA) 17 quyu var (13 neft hasil edən və 4 qazvurma quyusu). Hazırda burada sutkalıq neft hasilatı təqribən 305 min barel təşkil edir.

"Qərbi Azəri"də (QA) 12 quyu var (10 neft hasil edən və 2 suvurma). Hazırda burada sutkada təqribən 235 min barel neft hasil edilir.

"Şərqi Azəri"də (ŞA) 8 quyu var (7 neft hasil edən və 1 suvurma). Hazırda burada sutkada təqribən 130 min barel neft hasil edilir.

Hazırda "Azəri-Çıraq-Günəşli" yatağında ümumi neft hasilatı həcmi sutkada 790 min barel yüngül neft təşkil edir.

2008-ci ildə "Azəri-Çıraq-Günəşli"dən sutkada orta hesabla 840 min barel (42 mln. ton) neft hasil etmək planlaşdırılır. Bu hasilat həcmindən sutkada təqribən 134 min bareli "Çıraq" yatağından, 243,5 min bareli "Mərkəzi Azəri", sutkada 235,3 min bareli "Qərbi Azəri", sutkada 144,4 min bareli "Şərqi Azəri" və sutkada 82,8 min bareli "Günəşli" yatağının dərinsulu hissəsindən hasil etmək nəzərdə tutulur. "Günəşli" yatağının dərinsulu hissəsində hasilat apreldə başlayıb.

Layihənin tərədaşları aşağıdakılardır: BP (operator- 34,1%), ChevronTexaco (10, 2814%), ARDNŞ (10%), İNPEX (10%), Statoil (8, 5633%), ExxonMobi (8,006%), TRAO (6,75%), Devon Energy (5,6262%), İtochu (3,9205%), Delta Hess (2,7213).

Xəbər lenti

Xəbər lenti