...

Bir sərnişinin daşınması ilə bağlı yüksək maya dəyəri qiymətlərin qaldırılacağından xəbər vermir – Bakı metropoliteninin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2008 14:15 (UTC +04:00)
Bir sərnişinin daşınması ilə bağlı yüksək maya dəyəri qiymətlərin qaldırılacağından xəbər vermir – Bakı metropoliteninin rəhbəri

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir E.İsmayılov/ Bakı metropoliteni tərəfindən bir sərnişinin daşınması ilə bağlı maya dəyəri 0,55 manat təşkil edir, "lakin bu o demək deyil ki, metropolitendə gediş haqları bu məbləğə qədər qaldırıla bilər" - deyə çərşənbə axşamı Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov bildirib. Hazırda Bakıda metrodan istifadə haqqı 0,05 manat təşkil edir.

Bakı metropoliteni hər yarım ildən bir sərnişinlərin daşınmasına sərf olunan xərclər barədə informasiya verir. "Və gediş haqlarının qaldırılmasına dair qərar metropoliten tərəfindən deyil, yalnız Tarif Şurası tərəfindən qəbul edilə bilər", - deyə Əhmədov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti