Azərbaycan, Bakı, 07 iyun/ Trend , müxbir Ü.İsmayılova/ Rusiya prezidenti Dmitri Medvedyev XII Peterburq İqtisadi Forumunda çıxışı zamanı dünya ərzaq böhranından qaçmaq üçün tədbirlər təklif edib.
"Ərzaq böhranının səbəbi qida məhsullarına tələbatın çoxalması və neftin qiymətlərinin artması fonunda bioyanacaqdan istifadənin genişlənməsi ilə bağlıdır", - Medvedyev bildirib.
Onun rəyinə görə, subsidiyaların ayrılması yolu ilə milli kənd təsərrüfatı istehsalçılarının müdafiə sistemi də dünyada ərzaq mallarının qiymət artımına mənfi töhfə verib. Bu sistem dünya böhranına qarşı durmaq iqtidarında olmayıb.
"Bazarlarda böhran ilk dəfə olaraq sistemli xarakter alıb. Buna xammal aktivləri ilə təmin olunmuş çətin maliyyə alətlərinin inkişafı səbəb olub. Dollara münasibətdə məyusluq məhz belə alətlərə edilən yatırımların kəskin artımına gətirib. Gözlənilmədən aydın oldu ki, dünyada sərmayədarlarda olan vəsaitlərin yerləşdirilməsi üçün nisbətən likvidli və etibarlı obyektlər sadəcə çatışmır", - Medvedyev bildirib.
Rusiya prezidentinin sözlərinə görə, böhrana ən aydın aqrar istehsalın stimullaşdırılması və milli energetika strategiyalarına düzəlişlərin daxil edilməsi böhrana ən yaxşı cavab ola bilərdi.
"Bu cür tədbirlər qısa müddətdə görülməlidir. Belə ki, bu növ uzunmüddətli tədbirlər yalnız qlobal böhran təzahürlərini gücləndirə bilər. Aydın görünür ki, praqmatizm heç bir ölkəyə tətbiq olunmuş müdafiə tədbirlərinin birindən imtina etməyə imkan vermir və vəziyyətdən çıxış yalnız razılaşdırılmış kollektiv hərəkətlər ola bilər", - Rusiya prezidenti söyləyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]