...

Azərbaycanda daşınmaz əmlak və avtonəqliyyat bazarları durğunluq təhlükəsi altında

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2008 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda istehlak kreditləşməsi bazarının əsas iştirakçıları - avtodilerlər və riyelterlər əksər kommersiya banklarının istehlak kreditlərinin verilməsini dayandırmalarının nəticələrini hiss etməyə başlayıblar.

"Kredit ehtiyatlarının çatışmazlığı, ilk növbədə, daşınmaz əmlak və avtomobil bazarına zərbə vurub", - MBA-Group Konsaltinq Şirkətinin Baş direktoru Nüsrət İbrahimov cümə günü bildirib. Ötən ilin analoji dövrü ilə müqayisədə, sentyabrda daşınmaz əmlak bazarının fəallığı 20 faiz, avtomobil bazarının - 15 faiz azalıb.

Azərbaycanda ipoteka kreditləşməsinin templəri azalıb, bir sıra banklar  borc vəsaitlərinin verilməsi üzrə əməliyyatları ümumiyyətlə dayandırıblar.

Buna baxmayaraq, Azərbaycan Milli Bankından (AMB) ipoteka kreditləşdirməsinin dayandırılması haqqında rəsmi göstəriş alınmayıb. Bankların kreditləşmə templərini azaltması dünya maliyyə bazarlarındakı böhranla izah olunur. Belə vəziyyət bankları daha ehtiyatlı olmağa və müştəri bazasının formalaşdırılması zamanı sərt seçim aparmağa məcbur edir ki, bu da korporativ idarəetmə sisteminin bir hissəsidir.

"Ölkənin bank sistemindəki belə vəziyyət daha üç ay davam edərsə, bu, tam durğunluğa gətirəcək", - İbrahimov bildirib.

Ekspertin sözlərinə görə, daşınmaz əmlakın bazarına təsir açıq - aydın görünür; bu bazarın qaydalarına əsasən, oktyabrın ortalarından fəal satışlar dövrü başlasa da, böyük tələbatın olmasına baxmayaraq, 2008 - ci ildə bu, baş verməyib.

Bakılılar arasında mebelin kreditlə alınmasıdaha geniş yayılıb.

Nüfuzlu mebel salonlarından birində Trend -a bildiriblər ki, mağazada tələbat xeyli azalıb;hər ay o, 10- dan çox mebel dəstini kreditlə satıb.

"Tələbatın azalması qiymətlərə hələ təsir etməyib və biz onlara yenidən baxmaq niyyətində deyilik", - mağazada bildiriblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti