...

Bakı Banklararası Valyuta Birjası oktyabrın 2 - nə olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2008 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, oktyabrın 2-də USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8083 AZN təşkil edib, -Birjanın cümə axşamı yayılan məlumatında bildirilir.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8063 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasinda USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 19 805 100 AZN təşkil edib. Gündüz sessiyasinin nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8083 AZN təşkil edib.

Hər iki sessiyasinin nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $ 24 500 000 ABŞ dolları və ya 19 805 100 AZN təşkil edib.  Orta hesabla, hər sövdələşmənin payına 4 083 333 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,29%,  ABŞ dolları üzrə illik 16,83% təşkil edib.

Gün ərzində banklar arasında həcmi 5 000 000 EUR müddəti 130 gün, faiz dərəcəsi illik 15,00% olan 1 əqd qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti