Azərbaycan, Bakı, 17 dekabr/ Trend / 2008 - ci ilin yanvar - oktyabrında Azərbaycana 72291 minik avtomobili idxal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,7 faiz çoxdur.
Dövlət Statistika Komtiəsinin məlumatlarına əsasən, yanvar - oktyabr ərzində ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri 539 mln. dollardan çox olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 51,7 faiz çoxdur.
Yanvar - oktyabrda Azərbaycana 9188 yük avtomobili idxal edilib və bu 2007- ci ilin analoji dövründən 24 faiz çoxdur. Avtomobillərin ümumi dəyəri təxminən 200 mln. dollar olub və bu 2007 - ci ilin analoji dövründən 106,7 faiz çoxdur.
Yanvar - oktyabrda respublikaya ümumi dəyəri 56,2 mln. dollar olan 1356 avtobus gətirilib. Bu göstərici ötən ilin müvafiq dövrü üzrə olan göstəricidən 249,5 faiz (ümumi dəyərinə görə - 399,4 faiz) çoxdur.