...

"Bank of Azerbaijan" yeni məhsul təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2009 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend /

" Bank of Azerbaijan iyunun 1-dən etibarən yeni məhsulu - "Rahat" depozitini istifadəyə  verir", - bankın bazar ertəsi yayılan məlumatında deyilir.

"Bankda depoziti yerləşdirməklə, siz istənilən an öz vəsaitlərinizdən istifadə edə bilərsiniz.  Buna 30, 50 və ya 70% həcmində məbləğə açıla bilən kredit xətti vasitəsilə nail olmaq olar", - məlumatda bildirilir.

Depozit üzrə faizlər - illik 14% - istənilən halda depozitin tam məbləğinə hesablanır. Depozitin yerləşdirilməsi müddəti ən azı bir il təşkil edir. Depozit üzrə faizləri hər ay götürmək olar. Kredit xətti üzrə faiz dərəcəsi - 12%-dən başlayır, bu isə istənilən halda depozit üzrə hesablanmış faizlərə nisbətən daha kiçik rəqəmdir.

Rahat Depozit haqqında ətraflı məlumatı www.bank.az saytından və ya 175 qısa nömrəsi vasitəsilə Məlumat mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti