...

Azərbaycan bankı Kapital Bankın idarə heyətinin yeni tərkibi təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2009 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend /

"Kapital Bank" ASC-nin müşahidə şurasının qərarı ilə iyunun 5-dən Rauf Rzayev öz istəyi ilə bankın idarəetmə sədri vəzifəsindən azad olunacaq. Bankın cümə günü yayılmış məlumatında deyilir.

Şura tərəfindən, həmçinin Kapital Bankın beş nəfərin daxil olduğu idarəetmə heyətinin yeni tərkibi formalaşdırılıb: bankın idarəetmə sədri - Elmar Məmməd oğlu Məmmədov (öncə sədr müavini vəzifəsində çalışıb), idarəetmə sədrinin müavinləri -Yaşar Zeynalabdin oğlu Məmmədov, Araz İsmayıl oğlu Əliyev, Murad Oqtay oğlu Şirəliyev və idaəetmə heyətinin üzvü - Məhyəddin Tahir oğlu Məmmədov. 

2009-cu ilin mart ayında Kapital Bankın aksionerlərinin növbədənkənar iclasında müşahidə şurasının sədri vəzifəsinə Pasha Holding-in nümayəndəsi Vadim Şneyr seçilib.  

Kapital Bankın tam özəlləşdirilməsi 2007-2008-ci illərdə həyata keçirilib.

Bankın aksionerlərinin strukturu Kapital Bankın tam özəlləşdirilməsindən sonra dəyişdirilib və hazırda növbəti surətdə formalaşdırılır: aksiyaların 97,5 faizi Pasha Holding-ə məxsusdur, bankın 2400 əməkdaşı səhmlərin 2,5 faizinin sahib olur.

Bu gün respublikanın bütün regionları üzrə bankın 87 filialı, iki ayrıca müstəqil şöbəsi və filial tabeliyində 97 şöbəsi, həmçinin 12 valyutadəyişmə məntəqəsi mövcuddur. Gələcəkdə bank fəaliyyətini Azərbaycan hüdudlarından kənarda genişləndirərək MDB ölkələrində iki nümayəndəliyini açmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti