...

Azərbaycanın qeyri-maliyyə sektoruna aid şirkətlər korporativ qiymətli kağızlar vasitəsilə kapital cəlb etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2009 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir N.İsmayılova /

Azərbaycanın qeyri-maliyyə sektoruna aid şirkətlər korporativ qiymətli kağızlar vasitəsilə kapital cəlb etmək istəklərini bəyan ediblər. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı deyib.

"Komitə iyunun 12-də korporativ istiqrazlara həsr olunmuş seminar keçirib. Seminarda ölkənin qeyri-maliyyə sektoruna aid 30 şirkət iştirak edib. Bu şirkətlər korporativ qiymətli kağızlar vasitəsilə kapital cəlb etməyə hazır olduqlarını bildiriblər", - Aslanlı deyib.    

Onun sözlərinə görə, seminarda korporativ borc alətlərinin üstünlükləri, onların bazarda yerləşirilməsi imkanları, onların bazara çıxarılması üçün şirkətlərə tələbatın olması kimi məsələlər də nəzərdən keçirilib.

"Bundan sonra təxminən 7-8 şirkət alətləri bazara gətirmək istəklərini bildiriblər. Artıq onlardan bir neçəsi bunula bağlı iş görür", - Aslanlı deyib.

QKDK sədrinin sözlərinə görə, iyulun 3-də Türkiyənin "Yapı Kredi" bankı ilə birlikdə Komitədə təşkil olunuş "Azərbaycanda korporativ istiqraz bazarının inkişaf etdirilməsi" beynəlxalq konfransında iştirakçı səhmdarlar və şirkətlər arasında qarşılıqlı biznes barədə də müzakirə aparılıb.

"Buna görə bir neçə gün ərzində bəzi qərarların qəbul edilməsi mümkündür", - Aslanlı qeyd edib.

Onun sözlərinə görə, qiymətli kağızlar bazarına daxil olan qida sənayesi şirkətlərindən biri korporativ qiymətli kağız buraxmaq istəyini bəyan edib. Ancaq bunun həyata keçirilməsi üçün 12-14 həftəlik fəaliyyət planı hazırlamaq, maliyyə standartlarını, korporativ idarətmə sistemini, risk menecmentini sərmayədarların tələblərinə uyğunlaşdırmaq lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti