...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2009 12:22 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir N.İsmayılova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0003 bənd ucuzlaşıb (0,03 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80426 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi iyulun 13-də 1 ABŞ dolları üçün 0,8044manat, minimum isə 1 ABŞ dollarına 0,8041 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

6 iyul

0,8042

13 iyul

0,8044

7 iyul

0,8042

14 iyul

0,8043

8 iyul

0,8043

15 iyul

0,8043

9 iyul

0,8043

16 iyul

0,8042

10 iyul   

0,8043

17 iyul    

0,8041

Həftə ərzində orta 

0,80426

Həftə ərzində orta

0,80426

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0008 bənd (0,08 faiz) bahalaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80378 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyulun 13-də 0,8041 AZN/USD məzənnəsi ilə $1,01 mln., iyulun 14-də 0,8041 AZN/USD məznnə ilə $1,89 mln., iyulun 15-də - 0,8040 AZN/USD məzənnəsi ilə $2,38 mln., iyulun 16-da - 0,8034 AZN/USD məzənnəsi ilə $6,52 mln., və iyulun 17-də - 0,8033 AZN/USD məzənnəsi ilə $5,5 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi 

6 iyul

0,8028

13 iyul

0,8041

7 iyul

0,8040

14 iyul

0,8041

8 iyul

0,8040

15 iyul

0,8040

9 iyul

0,8040

16 iyul

0,8034

10 iyul    

0,8041

17 iyul

0,8033

Həftə ərzində orta

0,80378

Həftə ərzində orta

0,80378

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə saxlanılıb: doqquz manat alış, on manat satış.

Qiymətlərin azalması (çeklərin 2009-cu ildə arabir qiyməti 20 mantdan artıq olub) dövlət mülkiyyətinin özəlləşdirilmə templərinin azalması ilə izah olunur. Mükiyyət məsələləri üzrə Dövlət Komitəsinin strukturunun yenidən təşkili ilə əlaqədar olaraq artıq bir neçə aydır ki, investisiya müsabiqələri, çek hərracları keçirilmir, pul hərracları isə avqust ayına elan olunub.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti