...

Azərbaycanın dövlət dəmir yollarının mülkiyyət formasının dəyişdirilməsinə ehtiyac var – ADDY nümayəndəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2009 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir E. İsmayılov /

Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mülkiyyət formasının dəyişdirilməsi ilk növbədə, Azərbaycan dəmir yolunun inkişafı proqramının realizəsi üçün kredit ayrılması üçün Dünya Bankı tərəfindən qoyulan şərtlərlə bağlıdır. Bunu çərşənbə axşamı "Azərbaycan dəmir yolu" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Bazar ertəsi Azərbaycan Prezidenti İlham əliyev ADDY-nin mülkiyyət formasının QSC-yə dəyişdirilməsi barədə sərəncam imzalayıb.  

"Mülkiyyət forması ölkənin dəmir yolunun inkişafı proqramının icrası zamanı Dünya Bankının şərtlərindən biridir", - Əzməmmədov deyib.

Əzməmmədovun dediyi kimi, struktur dəyişikliyinin həyata keçirilməsi iki ay ərzində reallaşdırılmalıdır. Dəmir yolunun inkişafı proqramının ən yaxşı halda struktur dəyişikliyinin QSC tərkibinə daxil edilməsindən sonra təsdiqlənməsi gözlənilir.

Azərbaycanın Prezident Administrasiyası dəmir yolunun inkişafı dövlət proqramına düzəlişlər edilməsi üçün Nazirlər Kabinetinə qaytarıb, bir müddət əvvəl Azərbaycanın Nəqliyyat Nazirliyindəki mənbə deyib.

Planlaşdırılan düzəlişlərə əsasən, yalnız proqramın realizə müddəti deyil (o beş illiyinə hesablanıb, amma başlanma vaxtı dəfələrlə dəyişdirilib), həm də tədbirlər və onlarına həyata keçirilməsi üçün tələb olunan sərmayə həcmi də dəyişəcək.

Dövlət proqramının təsdiq edilməsinin ləngiməsi səbəbilə, müvafiq olaraq bu tədbirlər proqramdan istisna olacaq və ya başqa istiqamətlə əvəzlənəcək. Bundan əlavə, 450 milyon dolların cəlb edilməsi üçün razılıq alınan DB-nin (Azərbaycanın iştirak hissəsilə birgə layihə 673,8 milyon dollar qiymətləndirilir) təklifi əsasında hazırda kredit razılaşmasına da dəyişiklik edilir.

Bu dəyişiklik dövlət proqramının təsdiq olunmasını gözləməyərək kredit müqaviləsi və layihənin həyata keçirilməsi üzrə razılaşma imzalanmasına imkan verir.

Baxmayaraq ki, Nəqiyyat Nazirliyi əvvəlcədən beynəlxalq maliyyə təşkilatlarını ölkənin dəmir yol təsərrüfatının təkmilləşdirilməsinə cəlb edilməsini müəyyənləşdirib, onlara yalnız proqramın qəbul edilməsindən sonra müraciət olunacaq. Seçim Dünya Bankı (DB), Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkaşaf Bankı (AYİB) üzərində dayandırılıb. Bu arada, Nazirlikdən deyildiyi kimi, hazırda dövlət proqramı çərçivəsində maliyyə tədbirlərini maliyyələşdirmək üçün kredit ehtiyatı cəlb edilməsi mövzusunda Çexiyanın Eksimbank bankı ilə də danışıqlar aparılır.    

DB-nin vəsaitinin Bakıdan Gürcüstan sıərhədinədək dəmir yollarının elektrikləşdirilməsinə, lokomotiv alınmasına sərf edilməsi planlaşdırılır.

Avropa Bankı 200-250 milyon dollar, Avropa İnvestisiya Bankı (AİB) ilə birlikdə isə 500 milyon dollar ayırmağa hazır olduğunu bildirib. Adətən, layihənin birgə maliyyələşdirilməsi zamanı tərəflərin hərəsinin iştirak payı 50 faiz olur. Bununla belə, kreditin birləşdirilməsinin şərtləri asanlaşır. AİB-in şərtlərinə əsasən, kredit libor+0,5 faiz dərəcəsi ilə, Avropa Bankının şərtlərinə görə isə, libor+1 faizlə verilir. AYİB-in vəsaitinə həm də ölkənin dəmir yolu təsərrüfatı üçün lokomotiv və vaqon almaq planlaşdırılır.    

Asiya İnkişaf Bankı (AİB) dəmiryolu infrastrukuturunun təkmilləşdirilməsinə 550 milyon dollar təklif edib və artıq layihənin işlənilməsi üçün bir milyon dollar qrant ayırıb. Lakin noyabrda Direktorlar Şurasının 200 milyon dolları təsdiqləməsi gözlənilir. AİB öz təklifində ilk olaraq konsessiyasız borclar üzrə maliyyələşdirmə şərtlərini libor+0,6 faizdən libor+0,2 faizədək yumşaltmağa hazır olduğunu bildirib. Kredit resursları 8 illik güzəşt dövrü ilə 25 illik müddətə verilə bilər. Asiya Bankı borc faizindən əlavə xidmət üçün komissyon haqqını da azaltmağı təklif edir (0,35 faizdən 0,25 faizədək). Asiya İnkişaf Bankının vəsaiti ehtimala görə, dəmiryollarının döşəmə yollarının bərpasına cəlb edilə bilər.

Mütləq deyil ki, ölkə beynəlxalq təşkilatların kerditlərini tam həcmdə cəlb etsin. Dəmir yollarının yaxşılaşdırılmasına xaricdən götürülmüş vəsaitdən əlavə dovlət proqramında digər maliyyə mənbələri kimi dövlət büdcəsindən və dəmir yollarının şəxsi vəsaiti seçilib. Bundan başqa, Azərbaycan Koreya və Yaponiya tərəfindən də təklif alıb. Tərəfər hətta ölkənin dəmir yolunun müəyyən sahələrinin texniki iqtisadi əsaslanmasını hazırlayıblar.   

Dövlət proqramının dəyəri ilkin olaraq 1,4 milyard dollar qiymətləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti