...

Azərbaycan Avropa Sosial Xartiyasının əlavə üç maddəsinin qəbul edilməsinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2009 17:04 (UTC +04:00)
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi payızda ölkə hökumətinə Avropa Şurası Xartiyasının Azərbaycan üçün təsdiq edilmiş maddələrinə müvafiq olaraq üçüncü hesabatı təqdim edəcək.

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi payızda ölkə hökumətinə Avropa Şurası Xartiyasının Azərbaycan üçün təsdiq edilmiş maddələrinə müvafiq olaraq üçüncü hesabatı təqdim edəcək. Bu barədə çərşənbə axşamı nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin başçısı Elnur Sultanov bildirib. Azərbaycan Avropa Sosial Xartiyasına 2004-cü ildə qoşulub və hökumət mövcud 31 maddədən 18-ni təsdiqləyib.

"Bu ildə Azərbaycan Hökumətinin Avropa Sosial Xartiyasının daha üç maddəsini təsdiqləməsi mümkündür", - deyə Sultanov bildirib.

Onun sözlərinə əsasən, bu üç maddə əmək mühafizəsi və məşğulluq bazarına, aztəminatlı ailələrin sosial təminatı və əmək miqrantlarının hüquqlarının müdafəisinə aiddir.

Xartiyanın Azərbaycanda üçüncü hesabatının müzakirəsi iyun ayında Avropa Şurasının və Azərbaycan Hökumətinin iştirak etdiyi seminarda keçirilib. Üçüncü hesabat seminar zamanı irəli sürülən şərtlər əsasında işlənərək hazırlanıb.

Avropa Sosial Xartiyası hüquq və azadlıqları elan edir və iştirakçı ölkələr tərəfindən sözügedən hüquq və azadlıqların gözlənilməsinə zəmanət verən nəzarət mexanizmi yaradır. Xartiya nəzərdə tutur:

- sosial təminat, sosial hüquq və sosial xidmət hüququ;

- yoxsulluqdan müdafiə hüququ;

- yaşlı şəxslərin və ailələrin müdafiəsi üçün xüsusi tədbirlərin qəbul edilməsi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti