Azərbaycan, Bakı, 17 avqust / Trend /
2009-cu ilin ikinci rübündə ölkənin bank sisteminin orta artım tempi qeydə alınıb. Bu barədə ratings.az reytinq agentliyinin "2009-cu ilin 30 iyununa aktivlərin cəmi üzrə Azərbaycan banklarının renkinqi" reytinq hesabatında deyilir.
Birinci rübdə Azərbaycan banklarının ümumi aktivlərinin artımı neqativ (-14,2 faiz) idisə, ikinci rübdə 4,3 faiz artım müşahidə edilib. Bankların ümumi aktivləri 9191,2 milyon manat təşkil edib.
Ölkənin iri bankı olan Azərbaycan Beynəlxalq Bankının aktivləri 3 467 milyon manat, bazar hissəsi 37,7 faiz, birinci rüb ərzində artım 4,8 faiz təşkil edib. Ölkənin iri özəl bankı - Bank Standard-ın aktivləri 524 milyon manat, bazar payı 5,7 faiz, rüb ərzində aktivlərinin azalması 2,9 faiz təşkil edib.
Renkinqdə göstərilmiş 36 bankdan ümumilikdə 29-da ikinci rübdə aktivlərin artımı müşahidə olunub. Aktivlərin daha çox artımı faizlə ifadədə Yapi Kredi Bank-da 34,7 faiz (39 milyon manat), Pasha Bank-da 18,8 faiz (39 milyon manat) və AtaBank-da 16,8 faiz (26 milyon manat) nümayiş olunub.
Rüb ərzində renkinqdə ciddi dəyişiklik baş verməyib: daha çox mövqe dəyişikliyi Yapi Kredi Bank-da qeyd olunub, 18-dən 15-ci yerə yüksəlib. Digər dəyişikliklərin hamısı iki pillədən çox olmayaraq təşkil edib. Ölkənin iri banklarının onluğunda diqqətçəkən dəyişiklik Azərdəmiryolbankın onluğu tərk edərək 11-ci yerə düşməsidir. Onun onluqdakı yerini Pasha Bank tutub. Bu bank 11-ci yerdən 10 iri bankın sırasına daxil olub.
Əsas göstəricilərin çoxluğu üzrə qalan renkinqlərin hamısını www.ratings.az saytında görmək olar.
30 iyuna aktivlərin cəmi üzrə bankların yekun cədvəli belədir (aktivlərin milyon manatla cəmi):
1. IBA - 3 467
2. Bank Standard - 524
3. Texnikabank - 464
4. Xalg Bank - 396
5. Bank Respublika - 395
6. Kapital Bank - 357
7. Unibank - 342
8. Nikoil - 280
9. Pasha Bank - 247
10. Access Bank - 243
11. Azerdemiryolbank - 215
12. AGBank - 210
13. AtaBank - 179
14. Bank of Baku - 168
15. Yapi Kredi Bank - 151
16. Zaminbank - 150
17. Bank of Azerbaijan - 127
18. Royal Bank - 125
19. Mugan Bank - 116
20. Rabitabank - 83
21. Turan Bank - 81
22. Parabank - 75
23. ASB - 64
24. Amrahbank - 63
25. Kredobank - 51
26. Bank Avrasiya - 48
27. Azer-Turk Bank - 47
28. NBC Bank - 45
29. Atrabank - 34
30. UCBank - 33
31. Gandja Bank - 33
32. Bank Melli Iran - 32
33. Gunay Bank - 32
34. Debut Bank - 30
35. AzKredit Bank - 28
36. VTB Azerbaijan - 11
Azərbaycanda ümumilikdə 46 bank fəaliyyət göstərir. Renkinqdə Аzernagliyyatbank, Eurobank, SilkWayBank, Birlikbank, Deka Bank, Kovser Bank, Caucasus Development Bank, National Bank of Pakistan, AzfinansBank, Nakhchivan Bank yoxdur.
Avqustun 17-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.