Azərbaycan, Bakı, 25 avqust / Trend /
"Azərbaycan aviaşirkətləri üçün Avropaya aviauçuşların həyata keçirilməsində problemlər olmayacaq", - çərşənbə axşamı hökumətdən deyilib. Bir müddət əvvəl Avropa İttifaqı öz tullantılarına nəzarət etməsi gərəkən aviaşirkətlərin siyahısını dərc edib.
"Hazırda Azərbaycan Avropa standartlarına uyğun olan yeni təyyarələr alır və buna görə də Avropaya uçuşların həyata keçirilməsində problemlər olmayacaq", - mənbə bildirib.
Avropa İttifaqı öz tullantılarına nəzarət etməsi gərəkən təxminən dörd min aviaşirkətin siyahısını dərc edib. Bu siyahıda Azərbaycanın - Silkway airlines, MIL Azerbaijan, SW Business AV, həmçinin Azerbaijan Airlines ("Azərbaycan Hava Yolları" QSC) şirkətləri də var.
Yeni direktivə əsasən, gələn ilin yanvarın 1-dən etibarən Aİ-yə uçuş həyata keçirən bütün aviaşirkətlər öz avialaynerlərinin tullantılarına nəzarət etməli və onları 2012-ci ilə qədər yeni Avropa ekoloji standartlarına uyğunlaşdırmalıdırlar.
Bu siyahlya müxtəlif ölkələrin aviaşirkətləri də düşüb. Onların içərisində Lufthansa, US Airways, Emirates, Alitalia, Quantas və bir çox başqaları kimi böyük şirkətlər də var. Rusiyanın HHQ və FHN təyyarələri də bu siyahıdadır. Rusiyanın "Aeroflot", "Atlant-Soyuz", "Transaero", "Sibir" və onun Globus çarter bölməsi, SkyExpress, "UTair", "KD Avia", "Qazpromavia" və onlarla başqa şirkətlərinin adlarına bu siyahıda rast gəlmək mümkündür.
Bu proqramda könüllü-məcburi iştiraka ehtiyac, karbon qazının havaya tullanılması səviyyəsində azalma müşahidə olunmasına baxmayaraq, aviasiya sənayesinin digər sahələrində bu göstəricinin yüksək templərlə artması ilə bağlıdır. Bütün ekoloji proqramın uğurunu təhlükə altına qoymamaq üçün aviaşirkətlərə seçim imkanı verilir: ya onlar öz aviaparkını yeni şərtlərə uyğunlaşdırmalı, ya da Aİ-yə uçuşlar təşkil etməməlidirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]