Azərbaycan, Bakı, 17 sentyabr / Trend /
"Ötən il Arak almüminium şirkətinin zərəri 56 milyard tümən (55 milyon dollar) təşkil edib. Bizim proqnozlarımıza görə, bu il sözügedən göstərici 80-100 milyard tümənə (80-100 milyon dollara) bərabər olacaq", - şirkətin İdarə Heyətinin sədri İsa Rzayi bildirib. Bu barədə İLNA informasiya agentliyi xəbər yayıb.
Rzayinin sözlərinə əsasən, hazırda Arak almüminium şirkətində dörd min nəfər çalışır. "Hazırda şirkətin fəaliyyət göstərməsində tək məqsəd onun işçilərinin işsiz qalmamasıdır", - o bildirib.
Rzayi İran hökumətindən şirkətin fəaliyyətini davam etdirməsi üçün yardım göstərilməsini xahiş edib və bildirib ki, hökumət zavoda yardım etməsə, müəssisə iqtisadi böhran ilə əlaqədar bağlanacaq.