Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir N.İsmayılova /
"Bank of Baku"-nun xalis gəliri avqust ayı ərzində 9,8 faiz artarq 5,83 milyon manat təşkil edib. Avqust ayının yekunu üzrə bankın gəliri 24,9 milyon manat olub.
Avqust ayı ərzində bankın aktivləri 2,1 faiz azalaraq avqustun 31-nə 176,12 milyon dollar təşkil edib.
Hesabat dövrü ərzində bankın depozit portfeli 1,8 faiz artaraq 128,82 milyon manata çatıb ki, bundan 66,02 milyon manat fiziki şəxslərin əmanətlərinin, 61,4 milyon isə hüquqi şəxslərin depozitlərinin payına düşür.
Avqust ayı ərzində bankın kredit portfeli 3,96 faiz artaraq 133,05 milyon manat təşkil edib. İyul ayının yekununa görə bu göstərici 127,98 milyon manat təşkil edib.
Bankın ümumi kapitalı 32,73 milyon manat təşkil edib. Avqustun 1-nə bu göstərici 30,157 milyon manat olub. Bankın ödənilmiş nizamnamə kapitalı 6,8 milyon manata bərabərdir.
Sentyabrın 18-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]