Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir Ü.İsmayılova/
Avqusta ilkin mənzil bazarında bir kvadratmetrin qiyməti 0,4 faiz artaraq 948 dollar olub. İyulda bu göstərici 944 dollar olub. Bu barədə "Əmlak bazarı iştirakçıları" İctimai Birliyindən şənbə günü verilən məlumatda deyilir.
Qiymətlərin Bakının Yasamal rayonunda 2,6 faizlik, Nərimanov rayonunda 1,8 faizlik və Nizami rayonunda 1 faizlik artımı müşahidə edilib. Qiymətlərin Səbail rayonunda 7 faizlik, Suraxanı rayonunda 6,6 faizlik, Binəqədi rayonunda 2,8 faizlik, Nəsimi rayonunda isə 0,1 faizlik azalması müşahidə edilib.
Avqustda ilkin mənzil bazarında 476 binanın tikintisi davam etdirilib. Tikinti şirkətlərinin sayı isə 172 olub.
Binaların əksəriyyəti Bakının Yasamal, Xətai və Nəsimi rayonlarında tikilir. Bu rayonlar üzrə inşa edilən binalar bazarın ümumi portfelinin 64,9 faizini təşkil edir.
Avqustda yeni tikililərdə mənzil sahəsinin orta otaq göstəricisi 0,1 faiz azalaraq 121,8 kvadratmetr olub. Orta blok göstəricisi 2,4 faiz, mərtəbələr isə 0,6 faiz azalaraq 14,9 kvadratmetr olub.
Toplu cədvəl yeni tikililərin otaq göstəricisi və sahəsini göstərir:
Mənzillər |
Mənzillərin sayı |
Sahələrin orta göstəricisi |
Tikintidə payı (%-lə) |
Birotaqlı |
11922 |
60,9 |
17,7 |
İkiotaqlı |
20853 |
93,2 |
31 |
Üçotaqlı |
25820 |
133,2 |
38,3 |
Dördotaqlı |
7784 |
183,5 |
11,3 |
Beşotaqlı |
973 |
253,6 |
1,4 |
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]