...

İranın qeyri-neft ixracatı 2014-cu ilədək 50 milyard dollara çatacaq - Əhmədinejad

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2009 13:19 (UTC +04:00)
İran Prezidentli bildirib ki, 2014-cü ilədək İranın qeyri-neft ixracatı 50 milyard dollar təşkil edəcək. Onun sözlərinə görə, 2004-cü ildə İranın qeyri-neft ixracatının həcmi 7.3 milyard dollar təşkil edib, hazırda isə bu gtöstərici 23 milyard dollara çatıb.
İranın qeyri-neft ixracatı 2014-cu ilədək 50 milyard dollara çatacaq - Əhmədinejad

İran Prezidentli bildirib ki, 2014-cü ilədək İranın qeyri-neft ixracatı 50 milyard dollar təşkil edəcək. Onun sözlərinə görə, 2004-cü ildə İranın qeyri-neft ixracatının həcmi 7.3 milyard dollar təşkil edib, hazırda isə bu gtöstərici 23 milyard dollara çatıb.

Mehr agentliyinin oktyabrın 21-də yaydığı məlumata əsasən, İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, dünya maliyyə böhranı Qərb ölkələrini iflic vəziyyətinə gətirsə də, İranda inkişafa səbəb olub. Onun sözlərinə görə, İranın nüvə proqramını dayandırmaq məqsədilə ölkəyə tətbiq olunan beynəlxalq sanksiyalar da ölkənin inkişafına və ixrac gücünə təsir etməyib.

Əhmədinejad 23 milyard dollar həcmində qeyri-neft ixracatını ölkə üçün "fəxredici fakt" adlandırıb.

İran Prezidenti BMT Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi Qətnamələri bir daha "kağız parçası" adlandırıb.

Xəbər lenti

Xəbər lenti