...

Azərbaycanda təxminən 330 kq vaxtı ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2009 17:54 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı ərzaq malları mağazalarında ümumi çəkisi 330 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar edilərək satışdan çıxarılıb.
Azərbaycanda təxminən 330 kq vaxtı ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı ərzaq malları mağazalarında ümumi çəkisi 330 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar edilərək satışdan çıxarılıb. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

Monitorinqlər Bakının Xətai, Nizami rayonlarında, həmçinin Sumqayıt, Gəncə və Dəvəçi şəhərlərində keçirilib.

Pərakəndə satış obyektlərindən kolbasa və qənnadı məmulatları, makaron məmulatları, bitki yağları, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, düyü və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 57 hüquqi şəxsə 215,2 min manat, 614 fiziki şəxsə isə 917,8 min manat cərimə tətbiq olunub.

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə, etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

Noyabrın 19-na olan rəsmi məzənnə 0,8027 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti