...

Yanvar-oktyabr aylarında Azərbaycana 53 mindən çox minik avtomobili idxal edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2009 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend /

Yanvar-oktyabr aylarında Azərbaycana 53,5 mindən çox minik avtomobil idxal edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 25,9 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Komitənin məlumatına əsasən, yanvar-oktyabr aylarında ölkəyə gətirilən minik avtomobillərinin ümumi dəyəri 382 milyon dollara yaxın təşkil edib ki, bu da ötən ilin birinci yarısındakı göstəricidən 29,2 faiz azdır.

Azərbaycana yanvar-oktyabr aylarında 5146 ədəd yük avtomobili idxal edilib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 44 faiz azdır. Gətirilən avtomobillərin ümumi dəyəri 76,2 milyon dollardan çox təşkil edir ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 61,8 faiz aşağıdır.

Yanvar-oktyabr aylarında respublikaya 822 avtobus idxal olunub. Bu, 2008-ci ilin birinci yarısının analoji dövr göstəricisindən 39,4 faiz azdır. İlin birinci yarısında 38,5 milyon dollardan çox dəyərdə avtobus idxal edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayındakı göstəricidən 31,4 faiz azdır.

Xəbər lenti

Xəbər lenti