...

Azərbaycanda İpoteka Fondu istiqrazlarının növbəti hissəsinin paylanılmasına başlanılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2009 12:52 (UTC +04:00)
Azərbaycanda 24 dekabr 2009-cu ildən başlayaraq Azərbaycan İpoteka Fondunun (AİF) beş milyon manat həcimdə olan faizli, sənədsiz, adlı istiqrazlarının növbəti hissəsinin paylanılmasına başlanılacaq. Bu barədə Bakı Fond Birjasının (BFB) məlumatında deyilib.

Azərbaycan, Bakı, 22 dekabr / Trend /

Azərbaycanda 24 dekabr 2009-cu ildən başlayaraq Azərbaycan İpoteka Fondunun (AİF) beş milyon manat həcimdə olan faizli, sənədsiz, adlı istiqrazlarının növbəti hissəsinin paylanılmasına başlanılacaq. Bu barədə Bakı Fond Birjasının (BFB) məlumatında deyilib.

Emisiya proqramına əsasən, paylaşdırılma açıq imza üsulu ilə keçiriləcək. İstiqrazlar hərraca cari qiymətlər (100,0917) üzrə təqdim olunacaq.

İstiqrazların ödəmə müddəti 10 may 2016-cı ildir. Əgər tələbat təklifi aşarsa, bu zaman bütün ərizələr proporsional sürətdə təmin ediləcək. İstiqrazların paylanılmasının ilkin təşkilatçısı rolunuda Azərbaycan Mərkəzi Bankı çıxış edəcək.

AİF istiqrazlarının paylanılmasına 16 iyun 2009-cu ildən başlanılıb və bugünkü günə kimi 44 milyon manat məbləğində istiqraz paylanılıb. Emissiyanın ümumi məbləği, hər birinin nominal dəyəri 1 000 manat olmaqla 55 milyon manat təşkil edir.

Dekabrın 22-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti