...

Azərbaycanda əmək pensiyasının baza hissəsi ləğv ediləcək - sosial fondun rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2009 17:19 (UTC +04:00)
"Azərbaycanda əmək pensiyasının baza hissəsi ləğv ediləcək", -Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov çərşənbə axşamı deyib.
Azərbaycanda əmək pensiyasının baza hissəsi ləğv ediləcək - sosial fondun rəhbəri

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir Ü.İsmayılova/

"Azərbaycanda əmək pensiyasının baza hissəsi ləğv ediləcək", -Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov çərşənbə axşamı deyib.

"Baza hissəsi ona görə vacibdir ki, pensiyanın müəyyən hissəsi dövlət büdcəsindən transfertlərin hesabına formalaşır", - Müslümov deyib.

Onun sözlərinə görə, 2009-2015-ci illərə olan pensiya-sığorta sisteminin inkişafı dövlət proqramında göstərilib ki, bir neçə vaxtdan sonra yığılmış sığorta ödəmələri, işçilərin əmək haqlarının leqallaşması, fərdi uçot sistemi üzrə qeydiyyata alınanların sayının artması dövlət büdcəsindən transfertlərdən imtina etmək üçün şərait yaradır.

"Bununla əlaqədar olaraq pensiyanın baza hissəsinin göstərmək zəruri olmayacaq. O bəzi səviyyədə saxlanıla bilər ki, bu da qaçınılmazdır", -fondun rəhbəri deyib.

"Zamanla bu minimal hissə də öz əhəmiyyətini itirəcək, belə ki, hamı, nə qədər sosial ödəmə ödədiyini, onun fərdi hesabına nə qədər vəsait toplandığını bilməlidir", -Müslümov deyib.

Müslümovun sözlərinə görə, hər bir sığorta olunan barəsində məlumat Dövlət Fondunu rəsmi saytında yerləşdirləcək. Həmçinin, ilin sonunda bütün sığorta olunan şəxslər onların hesabında toplanmış məbləğ barədə yazılı xəbərdarlıq alacaqlar.

"Beləliklə hər bir sığortalanmış şəxs toplanmış rəqəmi 144-ə bölməklə öz gələcək pensiyasını hesablaya və bu prosesə müntəzəm surətdə nəzarət edə bilər", - Müslümov deyib.

Sosial Fondun rəhbərinin sözlərinə görə bu sistem bütün dünyada tətbiq edilir.

"Biz 2010-cu ilin sonunadək bütün 1,85 milyon sığorta olunan şəxslərə toplanılan məbləği göstərən rəsmi məktub gpöndərməyə çalışacağıq", - Müslümov deyib.

Azərbaycanda əmək pensiyası 2 hissədən - baza və sığorta hissələrindən ibarətdir. Hazırda ölkədə pensiyanın baza hissəsi 75 manat təşkil edir. Gələn ildən Azərbaycanda pensiyanın yeni hesablama mexanizmi tətbiq ediləcək. Bu mexanizmdə hesablama son 5 illik əmək fəaliyyəti ərzində əmək haqqının səviyyəsinə görə yox, 10 ildən az olmayan staja görə hesablanacaq.

Müslümov əvvəllər deyib ki, gələn ildən Azərbaycanda pensiyanın minimal məbləği 90 manat təşkil edəcək.

Dekabrın 29-na olan rəsmi məzənnə 0,8031 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti