...

Azərbaycanın sığorta şirkəti səhmlərinin nominal dəyərini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2010 15:08 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi hava nəqliyyatı vasitələrinin sığortalanması üzrə ixtisaslaşmış "Azal Sigorta" sığorta şirkətinin ümumi məbləği iki milyon manat olan adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.
Azərbaycanın sığorta şirkəti səhmlərinin nominal dəyərini artırıb

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi hava nəqliyyatı vasitələrinin sığortalanması üzrə ixtisaslaşmış "Azal Sigorta" sığorta şirkətinin ümumi məbləği iki milyon manat olan adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə Dövlət Komitəsinin məlumatında deyilir.

Emissiya çərçivəsində beş min səhmin nominal dəyəri 371 manatdan 400 manatadək artırılıb.

"Səhmlərin nominal dəyərinin artırılması nəticəsində şirkətin nizamnamə kapitalı iki milyon manat təşkil edəcək", - şirkətdən deyilib.

Əvvəlcə "Azal Sigorta" şirkətinin kapitalı bir milyon manat təşkil edib və bu rəqəmi 1,855 milyon manatadək artırmaq planlaşdırılıb.

"Azal Sigorta" şirkəti 1995-ci ildə yaradılıb və bu gün sığorta yığımlarının həcminə görə liderdir. 2009-cu ildə şirkətin haqları 122,394 min manat ödəmələr sayəsində 13,219 milyon manat təşkil edib.

Yanvarın 13-nə olan rəsmi məzənnə 0,8029 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti