...

Azərbaycanda keyfiyyətsiz məhsul idxalına qarşı inzibati cərimələr tətbiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2010 14:49 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keyfiyyətə dövlət nəzarəti tədbirləri nəticəsində bir sıra qanun pozuntuları aşkarlanıb və bununla əlaqədar inzibati protokol tərtib olunaraq 4 min manat cərimə tətbiq edilib.
Azərbaycanda keyfiyyətsiz məhsul idxalına qarşı inzibati cərimələr tətbiq olunub

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir N.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keyfiyyətə dövlət nəzarəti tədbirləri nəticəsində bir sıra qanun pozuntuları aşkarlanıb və bununla əlaqədar inzibati protokol tərtib olunaraq 4 min manat cərimə tətbiq edilib. Bu barədə Dövlət Komitəsinin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Keçirilən nəzarət tədbirləri zamanı "Marko" MMC-nin idxal etdiyi "Zlato" günəbaxan yağı, "Avedov" günəbaxan yağı, "Osoboya Krakovskaya" kolbasası (yarım hisə verilmiş), "Braunveqskaya Osoboya" kolbasası (çiy, hisə verilmiş), "Moskovskiy Servelat" kolbasası (bişmiş, hisə verilmiş), "Lyubitelskaya" kolbasası (bişmiş), "Doktorskaya" kolbasası (bişmiş) məhsullarının Milli Sertifikatlaşdırma Sisteminin tələblərinə uyğun olmadığı aşkarlanıb.

"Müəssisə sertifikatlaşdırmadan yayınıb və məhsulların markalanması qanunvericiliyə uyğun aparılmayıb, - məlumatda deyilir. - Aşkar olunmuş qanun pozuntuları ilə bağlı müəssisə rəhbərliyinə iradlar bildirilib, partiya satışının qadağan edilməsi barədə tələbnamələr verilib və inzibati protokol tərtib olunaraq 4 min manat cərimə tətbiq edilib".

Anoloji problem Rusiyanın Ltkarinski Kombinatında markalanıb idxal olunan ketçup və xardal, süfrə suyu, "Soliti" duzunda da aşkar olunub və onların partiya satışı qadağan edilib. Fiziki şəxs B.Şahverdiyevə məxsus müəssisədə isə "Səma" nişanlı alkoqolsuz içkilər və qazlı suyun istehsalında nöqsanlar müəyyən olunub. Müəssisədə istehsal qadağan olunub və məhsulların məhv edilməsi barədə akt hazırlanıb.

Yanvarın 26-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti