...

Azərbaycan Nəqliyyat Nazirliyi Bakı buxtası üzərindən keçəcək körpünün layihəsi üzrə müqavilə imzalayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2010 20:52 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi və Koreya Respublikasının Azərbaycandakı səfirliyi Bakı buxtası üzərindən keçəcək körpünün inşasının texniki-iqtisadi əsaslandırılmasının hazırlanması layihəsi çərçivəsində qrant müqaviləsi imzalayıblar.
Azərbaycan Nəqliyyat Nazirliyi Bakı buxtası üzərindən keçəcək körpünün layihəsi üzrə müqavilə imzalayıb (FOTO)

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi və Koreya Respublikasının Azərbaycandakı səfirliyi Bakı buxtası üzərindən keçəcək körpünün inşasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanması layihəsi çərçivəsində qrant müqaviləsi imzalayıblar.

1,5 milyon dollar həcmində olan qrant Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən ayrılacaq.

TİƏ layihəsi və onun təqdimatı Koreya tərəfindən növbəti iki il ərzində hazırlanacaq. Yaxın iki ay ərzində Koreya mütəxəssisləri həmin layihə çərçivəsində araşdırmalar aparmaq üçün Azərbaycana gələcəklər.

Bakı buxtası üzərindən körpü inşası layihəsinin məqsədi Bakıda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, koreyalı mütəxəssislərin hesabına azərbaycanlı mütəxəssislərin dəniz körpüsü və yolların tikintisində təcrübəsini zənginləşdirmək və s.-dir.

İlkin qiymətləndirmələrə görə, buxta üzrində inşa ediləcək körpünün dəyəri 1 milyard dolları keçəcək.

Xəbər lenti

Xəbər lenti