...

Azərbaycan qatarlarının Dağıstan dəmir yolu ilə hərəkəti yaxın vaxtlarda bərpa olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2010 14:03 (UTC +04:00)
Mahaçqala-Port-Tarki hissəsində dəmir yolunda partlayış baş verməsi ilə əlaqədar dayanmış Bakı-Tümen və Bakı-Xarkov marşrutu ilə irəliləyən qatarların hərəkəti bir saat ərzində bərpa ediləcək. Bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Azərbaycan qatarlarının Dağıstan dəmir yolu ilə hərəkəti yaxın vaxtlarda bərpa olunacaq

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir E.İsmayılov/

Mahaçqala-Port-Tarki hissəsində dəmir yolunda partlayış baş verməsi ilə əlaqədar dayanmış Bakı-Tümen Bakı-Xarkov marşrutu ilə irəliləyən qatarların hərəkəti bir saat ərzində bərpa ediləcək. Bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

"Hazırda həmin ərazidə təmir-bərpa işləri aparılır, hərəkətin bərpası isə bir saat ərzində gözlənilir", - Əzməmmədov deyib.

Hazırda Bakı-Tümen qatarı Manas stansiyasında, Bakı-Xarkov qatarı isə Mahaçqala stansiyasında dayanıb.

Həmçinin, bu gün Bakı-Moskva (saat 19:50), Bakı-Tümen (saat 17:00) reysləri yola salınacaq. Saat 18:37-də Bakı-Tümen qatarının Azərbaycan paytaxtında qəbulu gözlənilir.

Dağıstan ərazisində dəmir yolunda baş vermiş partlayış terror aktı kimi tanınıb. Hadisə Bakı vaxtilə saat 22:18-də baş verib.

Xəbər lenti

Xəbər lenti