...

Azərbaycan Mərkəzi Bankı və AYİB gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2010 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend /

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Tomas Mirou Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla görüşündə Azərbaycanla əlaqələrin səviyyəsindən məmnunluğunu bildirib və ölkədə icra olunan proqramların yüksələn xətlə davam etdirilməsinin zəruriliyini qeyd edib. Bu barədə Mərkəzi Bankın çərşənbə günü yayılan məlumatında deyilir. Tomas Mirou Cənubi Qafqaza səfəri çərçivəsində martın 15-16-da Bakıda rəsmi səfərdə olub.

AYİB prezidenti ,həmçinin təşkilatının Azərbaycanın maliyyə-bank sektorunda fəaliyyətini yuksək qiymətləndirib.

Görüş zamanı böhran dövründə Azərbaycanda makroiqtisadi siyasətin əsas prioritetləri, maliyyə sisteminin dayanıqlığının təmin edilməsi istiqamətində Mərkəzi Bankın hədəfləri və bu hədəflərə nail olmaq məqsədi ilə tətbiq edilməsi səmərəli sayılan taktiki alətlərdən istifadə yolları müzakirə olunub.

Görüşdə Mərkəzi Bank ilə AYİB arasında gələcək qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti