...

"AtaBank" nizamnamə kapitalını, demək olar, 40 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2010 12:05 (UTC +04:00)
Mayın 21-dən Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi tərəfindən "AtaBank" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılıb. Bu barədə Bakı Fond Birjasının (BFB) cümə günü yayılan məlumatında deyilir.
"AtaBank" nizamnamə kapitalını, demək olar, 40 faiz artırır

Azərbaycan, Bakı, 21 may /Trend/

Mayın 21-dən Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi tərəfindən "AtaBank" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılıb. Bu barədə Bakı Fond Birjasının (BFB) cümə günü yayılan məlumatında deyilir.

Emissiyanın həcmi 10 milyon manat təşkil edir. Buraxılan qiymətli kağızların sayı, hər birinin nominal dəyəri 20 manat olmaqla, 500 mindir. Qiymətli kağızların yerləşdirilməsinin anderrayteri qismində "Brokdil-Az" MMC çıxış edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək.

Ötən il ərzində bankın ümumi kapitalı 29 faiz və ya 5,7 milyon manat artaraq, 25,1 milyon manata çatıb.

2009-cu ilin sonlarında "AtaBank"ın aktivləri 199,3 milyon manat təşkil edərək, 2008-ci ildəki analoji göstəricini 46,5 milyon manat və ya 30,4 faiz ötüb. İlin yekunu üzrə xalis gəlir 4 milyon manat təşkil edib.

"AtaBank" Azərbaycanda ən iri holdinqlərdən biri olan "AtaHoldinq"in ən böyük hissəsini təşkil edir. Bank bazarda 1993-cü ildən fəaliyyət göstərir.

Mayın 21-nə rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti