...

Azərbaycanın qərb bölgəsində kurortların inkişaf etdirilmə imkanları müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2010 14:49 (UTC +04:00)
Gəncədə (Azərbaycanın qərbində) Bakı Tədris Biznes Mərkəzinin təşkilatçılığı ilə "Gəncə - Qazax iqtisadi rayonunda kurortların inkişaf etdirilməsi perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilib. Bu haqda İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycanın qərb bölgəsində kurortların inkişaf etdirilmə imkanları müzakirə olunub

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir N.İsmayılova/

Gəncədə (Azərbaycanın qərbində) Bakı Tədris Biznes Mərkəzinin təşkilatçılığı ilə "Gəncə - Qazax iqtisadi rayonunda kurortların inkişaf etdirilməsi perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilib. Bu haqda İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Tədbirdə müxtəlif müəssisə və təşkilatlardan olan 50-yə yaxın nümayəndə iştirak edib."Dəyirmi masa" ölkənin bölgələrindəki kurortların inkişaf etdirilməsi məsələlərinə həsr edilib və Azərbaycanda 2009-2010-cu illərdə kurortların inkişaf etdirilməsi üzrə Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planının çərçivəsində keçirilib.

Müzakirələrdə İqtisadi İnkişaf Nazirliyi yanında İqtisadi İslahatlar İnstitutu, Azərbaycan Texnoloji Universiteti və Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti