...

DəmirBank plastik kart sahiblərinə İnternet-Bank xidmətini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2010 15:55 (UTC +04:00)
DəmirBankın plastik kart sahibləri həftənin bütün günləri 24 saat ərzində yeni tətbiq edilən İnternet-Bank xidmətindən istifadə edə bilərlər.
DəmirBank plastik kart sahiblərinə İnternet-Bank xidmətini təklif edir

Azərbaycan, Bakı, 16 iyun /Trend/

DəmirBankın plastik kart sahibləri həftənin bütün günləri 24 saat ərzində yeni tətbiq edilən İnternet-Bank xidmətindən istifadə edə bilərlər.

İnternet-Bank xidməti DəmirBankın plastik kart sahiblərinə https://ibanking.millikart.az/ibanking saytına daxil olaraq plastik kartla mobil rabitə - Azercell, Bakcell - ödənişlərini aparmaq, Card-to-Card əməliyyatlarını həyata keçirmək, kart üzrə çıxarışları əldə etmək imkanı verir.

DəmirBank İnternet-Bank xidməti ilə yanaşı, müştərilərə SMS-Bank xidmətinin əlavə olunduğu xüsusi xidmət paketi də təklif edir.

"Plastik kartlar sahəsində biz müştərilər üçün son zamanlar bir sıra yeni xidmətlər və kampaniyalar tətbiq etmişik. İnternet-Bank xidmətinin tətbiqi plastik kart sahiblərinə bu sahədə müasir imkanlardan yararlanmağa və kartlardan daha rahat istifadəyə imkan verəcək. Plastik kartların inkişafı konsepsiyasına uyğun olaraq, biz plastik kartlar üzrə xidmətlərin və xidmət keyfiyyətinin artırılması üçün digər yenilikləri də nəzərdə tuturuq", - bankın İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

DəmirBank hazırda plastik kartlar üzrə "5 manata" və "Pulsuz" kampaniyalarını keçirir. "5 manata" kampaniyasına əsasən müştərilər yalnız 5 manat ödəməklə VISA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. "Pulsuz" kampaniyasına əsasən, müştəri plastik kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir. DəmirBank həmçinin "Xaricdə Təhsil Alanlara Pulsuz Plastik Kart" proqramını da həyata keçirir.

Plastik kartı DəmirBankın filiallarında, həmçinin saytın http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində onlayn sifariş etmək olar.

Plastik kart sahibləri eləcə də www.demirbank.az saytında 20-dən çox xidmətlərin ödənişlərini (mobil və stasionar rabitə, kommunal xidmətlər, kabel televiziyası, internet provayderlər və s.) həyata keçirə bilər.

DəmirBank plastik kart sahiblərinə ölkədə yeganə olan Telefon-Bank xidməti göstərir: bu xidmət vasitəsilə plastik kart sahibləri sadəcə 149 nömrəsini yığmaqla DəmirBank-ın "Telefon Məlumat Xidməti"nə zəng edərək kartla rabitə və kommunal xidmətlərin ödənişini həyata keçirə bilər.

DəmirBankın plastik kart sahibləri həmçinin "İl Boyu Endirimlər" proqramı çərçivəsində ölkənin ticarət və xidmət mərkəzlərində endirimlər əldə edə bilər.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti