...

Yaxın günlərdə Azərbaycanda təbii fəlakət zonasının əhalisi üçün kompensasiyanın miqdarı açıqlanacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2010 16:07 (UTC +04:00)

Аzərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda baş vermiş təbii fəlakət nəticəsində 60 min hektara yaxın əkin sahəsi su altında qalıb. Bu barədə bazar ertəsi Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

"Su altında qalmış ərazilərin 26 min hektarı taxıl sahələri, 22,8 min hektarı çoxillik yem bitkiləri, həmçinin kartof, şəkərli çuğundur və digər kənd təsərrüfatı məhsulları sahələridir", - nazir deyib.

Onun sözlərinə görə, hazırda nazirliyin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə birlikdə yerli fermerlər və təsərrüfat rəhbərlərinə dəymiş ziyanın miqdarını hesablayırlar.

"Yaxın günlərdə hər bir adama dəyən ziyanın miqdarı müəyyən olunacaq. Aramsız yağışlar və subasmalar nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş hər bir vətəndaş kompensasiya alacaq", - Abasov bildirib.

Mayın əvvəllərindən etibarən Kürün məcrasından çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir.

Xəbər lenti

Xəbər lenti