...

Yunanıstan hökuməti bütün azərbaycanlı turistlərin təhlükəsiz istirahətinə zəmanət verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2010 16:19 (UTC +04:00)
Yunanıstan hökuməti məzuniyyətini bu ölkədə keçirmək istəyən bütün azərbaycanlı turistlərin təhlükəsiz istirahətinə zəmanət verir.
Yunanıstan hökuməti bütün azərbaycanlı turistlərin təhlükəsiz istirahətinə zəmanət verir

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir S.Ağayeva/

Yunanıstan hökuməti məzuniyyətini bu ölkədə keçirmək istəyən bütün azərbaycanlı turistlərin təhlükəsiz istirahətinə zəmanət verir. Bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

"Yunanıstan səfirliyinin konsul şöbəsi hər gün bu ölkəyə səfər etmək istəyən azərbaycanlı vətəndaşlara vizaların verilməsini davam etdirir", - səfirliyin yerli KİV-də dərc olunmuş bəzi tənqidi yazılarla əlaqədar yaydığı məlumatda deyilir.

Səfirlik, həmçinin Bakı-Xanya (Krit) birbaşa aviareysi layihəsinin dayandırılması məsələsinə də aydınlıq gətirib. Layihə Yunanıstanın Mədəniyyət və Turizm Nazirliyi və bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə yunan və Azərbaycan turizm operatorlarının birgə məhsulu idi. Layihənin fəaliyyətinin dayandırılmasının ölkədəki "siyasi və iqtisadi problemlərlə" heç bir əlaqəsi yoxdur.

Yunanıstanın Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə iyunun əvvəlində bu ölkədə, eləcə də Krit adasında səfərdə olan bir qrup azərbaycanlı jurnalist Yunanıstandakı real vəziyyətin şahidləri olub. Azərbaycanın KİV nümayəndələri özlərinin çoxsaylı məqalə və videosüjetlərində haqlı olaraq dünyanın turizm ölkələri siyahısında ilk yerlərdən birini tutan Yunanıstanın turizm imkanları haqqında təəssüratlarını bölüşüblər.

Xəbər lenti

Xəbər lenti