Аzərbaycan, Bakı, 7 iyul /Trend/
"Unibank"ın səhmdarları ümumi kapitalı 11,592 milyon manata qədər artırmaq barədə qərar qəbul ediblər, - bankın məlumatında deyilir.
Bankın kapitallaşdırılması emissiya yolu ilə 5 796 000 sadə adlı sənədsiz səhmlə hər birinə iki manat düşməklə artırılacaq. Səhmlərin bölüşdürülməsindən sonra, "Unibank"ın ümumi kapitalı 39 faiz artmaqla, 41,592 milyon manat təşkil edəcək. Bu səhm emissiyası 1993-cü il iyulun 21-dən başlayaraq, bankın fəaliyyət tarixində 16-cı olacaq.
"Ümumi kapitalın artırılması qərarı bankın sabit inkişafının növbəti sübutudur və bu əlverişli şərtlərdə əlavə fondlaşdırma mənbələrinin cəlb olunması və şöbə borcalanlarının kreditləşdirilmə həcminin artırılması vasitəsilə maliyyə əməliyyatlarının miqyasını genişləndirməyə imkan verəcək", - məlumatda deyilir.
Növbəti emissiya "Unibank"ın səhmdar kapitalının quruluşunu dəyişməyəcək; belə ki, səhmlər Avropa Yenidənqurma və İnkişaf Bankı və "DEG" investisiya qrupu da daxil olmaqla, bankın hazırkı səhmdarları tərəfindən alınacaq.