...

Azərbaycan Sənaye Bankı məişət texnikası üzrə kredit kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2010 20:38 (UTC +04:00)
"Azərbaycan Sənaye Bankı" ASC (ASB Bank) "BestComp Group" ilə birlikdə kredit kampaniyasına başlayıb.
Azərbaycan Sənaye Bankı məişət texnikası üzrə kredit kampaniyasına başlayıb

Azərbaycan, Bakı, 21 iyul /Trend/

"Azərbaycan Sənaye Bankı" ASC (ASB Bank) "BestComp Group" ilə birlikdə kredit kampaniyasına başlayıb. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.

"Bestel-Everbest" mağazalar şəbəkəsində portativ kompüter (noutbuk və netbuklar), fərdi kompüter, printer və digər texniki avadanlıqlar almaq istəyən alıcılar sərfəli kredit şərtlərindən istifadə edə bilərlər", - məlumatda qeyd olunub.

Satıcılar hər alınan kompüter və avadanlıq üçün bankdan aşağıdakı şərtlər əsasında kredit götürə bilərlər: ilkin ödənişsiz, 300 manatdan 1500 manatadək illik minimum 22 faizlə və 18 aylıq maksimum müddətə.

ASB bütün alıcıları "Bestel-Everbest" mağazasında ən keyfiyyətli məhsul almağa və maliyyələşmənin ən sərfəli imkanlarından istifadə etməyə dəvət edir.

"Azərbaycan Sənaye Bankı" 1996-cı ildə fəaliyyətə başlayıb. 1997-ci ildə bank "Azərbaycan Sənaye Bankı" MMC-ni 700 min manat (100 faiz) kapitalla təsis edib. Bank 1997-ci ildən Bakı Banklararası Valyuta Birjasının üzvüdür, 2000-ci ildən isə 120 min manat iştirak payı ilə (11 faiz) Bakı Fond Birjasının səhmdarıdır. Bank 2006-cı ildən Banklar Assosiasiyasının üzvüdür. 2004-cü ildə bank 109 min manat (100 faiz) kapitalla "Azərbaycan Sənaye Lizinq"i təsis edib. O, 2006-cı ildə 10 faizli iştirak üçün 400 min manat ödəyərək "Milli Kart" MMC-nin təsis edilməsində iştirak edib. Bank 2006-cı ildə "Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan"ın təsis edilməsində 1 527 225 manat (25 faiz) payla iştirak edib.

İyulun 21-nə rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti