...

Yubanan aviareys Moskvadan Bakıya gəlib (YENİLƏNİB-3)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2010 23:30 (UTC +04:00)
"Domodedovo" Beynəlxalq Hava Limanında yubanan Moskva-Bakı aviareysi bazar günü saat 22:05 paytaxta gəlib.
Yubanan aviareys Moskvadan Bakıya gəlib (YENİLƏNİB-3)

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir A.Axundov, İ.Hüseynov, R.Daraxşan/

"Domodedovo" Beynəlxalq Hava Limanında yubanan Moskva-Bakı aviareysi bazar günü saat 22:05 paytaxta gəlib.

Saat 18:30-da Bakıya gəlməli olan təyyarə Moskva ərazisində torf bataqlığının alovlanması nəticəsində əmələ gələn yanğınlara görə yubanıb. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildiriblər.

Həmçinin bazar günü Bakıdan "Domodedovo" Hava Limanına uçmalı olan reyslər yubanıb. Saat 07.30, 10.40, 14:45 və 17:40-da Bakıdan çıxmalı olan təyyarələr müvafiq olaraq 14.23, 14.39, 16:50 və 20:45-də Bakını tərk ediblər.

Rusiyada cari ilin yay fəsli çox isti keçir. Bunun nəticəsi olaraq, ölkənin orta zolağında, Povoljyedə, Uzaq Şərqdə və digər regionlarda meşə və torf yanğınları vüsət alıb. Daha çox zərər çəkmiş regionlar arasında Nijqorod və Voronej diyarlarını göstərmək olar. Alov Rusiyanın əksər böyük şəhərlərinin şəhərətrafı yerlərinə gəlib çatıb. Təxminən, 50 nəfər həlak olub; alov 1200-dən çox evi məhv edib. Yanğın sahəsi 500 hektarı ötüb.

Xəbər lenti

Xəbər lenti