...

Azərbaycan bankı "Parabank" yeni kredit ekspertləri üçün treninq keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2010 19:44 (UTC +04:00)
Azərbaycan bankı "Parabank" iyulun 12-dən etibarən yeni sınaq müddətinə götürəcəyi kredit məsləhətçiləri üçün təlim planına uyğun treninqlər keçirir. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.
Azərbaycan bankı "Parabank" yeni kredit ekspertləri üçün treninq keçirir

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Azərbaycan bankı "Parabank" iyulun 12-dən etibarən yeni sınaq müddətinə götürəcəyi kredit məsləhətçiləri üçün təlim planına uyğun treninqlər keçirir. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.

İştirakçılar treninqin sonunda imtahan ediləcək və imtahanda uğurlu nəticə göstərən namizədlər işə qəbul ediləcəklər. Bankın təşkil etdiyi treninqlər məhz göstərilən xidmətlərin effektivliyinin, həmçinin, bütövlükdə korporativ mədəniyyətin səviyyəsinin artırılmasına yönəldilib.

Bank "Kreditanstalt für Wiederaufbau" (KfW), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qara dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), "Commerzbank AG" (Almaniya), "TBC Bank" (Gürcüstan) kimi beynəlxalq maliyyə və kredit təşkliatları ilə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti