...

Azərbaycanın tvininq layihəsi ən uğurlu layihə seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2010 17:52 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən "Azərbaycan Respublikasının ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatı və Azərbaycan mənşəli balıq məhsullarının sertifikatlaşdırılmasının hüquqi və texniki təkmilləşdirilməsinə dəstək" Tvininq layihəsi 2004-2010-cu illər ərzində Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilmiş 225 Tvininq layihəsi arasında ən uğurlu 4 layihədən biri seçilib.
Azərbaycanın tvininq layihəsi ən uğurlu layihə seçilib

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən "Azərbaycan Respublikasının ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatı və Azərbaycan mənşəli balıq məhsullarının sertifikatlaşdırılmasının hüquqi və texniki təkmilləşdirilməsinə dəstək" Tvininq layihəsi 2004-2010-cu illər ərzində Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilmiş 225 Tvininq layihəsi arasında ən uğurlu 4 layihədən biri seçilib. Bu barədə nazirliyin məlumatında deyilir.

Tvininq layihəsi 2004-2010-cu illər ərzində Avropa Komissiyasının dəstəyi ilə Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində həyata keçirilib. Azərbaycanda həyata keçirilən layihə, TAIEX və Sigma layihələri ilə bağlı məlumat 2009-cu ilin yekunlarına dair Avropa Komissiyasının bu yaxınlarda açıqladığı hesabatında öz əksini tapıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bundan sonra da Avropa Komissiyasının müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini davam etdirməyi planlaşdırıb.

Tvininq layihəsi Azərbaycanda 1 oktyabr 2008-ci il tarixdən Niderland və Latviyanın müvafiq strukturlarının köməyi ilə həyata keçirilir.

Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mənşəli balıq məhsullarının Avropa İttifaqına ixracını təmin etmək üçün Dövlət Xidmətinin müvafiq sahədə çalışan əməkdaşlarının peşəkarlığının artırılması, bu sahəni tənzimləyən qanunvericilik bazasının Avropa İttifaqının qanuvericiliyinə uyğunlaşdırılması, Dövlət Xidmətinin laboratoriyalarının imkanlarının genişləndirilməsi və fəaliyyətinin beynəlxalq tələblərə uyğun qurulmasıdır.

2010-cu ilin 1 yanvar tarixindən etibarən Avropa Komissiyasının qərarı ilə Azərbaycan balıq kürüsünün Avropa İttifaqına idxalına icazə verilən üçüncü ölkələr siyahısına daxil edilmişdir. Hazırda digər növ balıq məhsullarının Avropa İttifaqına ixracı üçün icazənin alınması istiqamətində işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti