...

Azərbaycan bankı "RoyalBank" əlavə səhmlərinin yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2010 19:34 (UTC +04:00)
Sentyabrın 20-dən etibarən "RoyalBank" ASC-nin 1,5 milyon manat məbləğində adi adlı sənədsiz səhmlərinin emissiya prospektlərinin yerləşdirilməsinə başlanılır.
Azərbaycan bankı "RoyalBank" əlavə səhmlərinin yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Sentyabrın 20-dən etibarən "RoyalBank" ASC-nin 1,5 milyon manat məbləğində adi adlı sənədsiz səhmlərinin emissiya prospektlərinin yerləşdirilməsinə başlanılır. Bu barədə Bakı Fond Birjasının çərşənbə günü yayılan məlumatında deyilir.

Emissiyalar çərçivəsində hər birinin nominal dəyəri 0,20 manat olmaqla 7 500 000 səhm buraxılıb.

"Bank birjaya səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilməsi barədə müraciət edib", - məlumatda qeyd edilib.

Emissiyalar prospektinə əsasən, yerləşdirmə BFB-də açıq yazılma üsulu ilə aparılacaq. Səhmlərin yerləşdirilməsinin anderrayteri rolunda "Chelsea Capital" MMC çıxış edəcək.

Sentyabrın 15-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti